hia.az
hia.az

Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ

276 dəfə baxılıb 24-11-2018, 15:13

Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏDünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub.

hia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.

Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb.

“Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk beşlikdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, builki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.

Beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən yol infrastrukturu dövlət başçısının daim diqqət mərkəzində olmaqla, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisi, habelə istər paytaxt Bakıda, istərsə də bölgələrdə müasir yolların salınması, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, regionların sosial-iqtisadi inkişafına xidmət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi