hia.az
hia.az

Dadaşova bacıları Sevil və Sevinci hədələdi - Video

468 dəfə baxılıb 21-12-2018, 14:46

Dadaşova bacıları Sevil və Sevinci hədələdi - Video“Bu yaş söhbəti nədir? Bu bir... İkincisi isə, insan gərək qarşısındakına baxıb görə ki, ona söz deməyə layiqdirmi? Söhbət gedir əkiz bacılardan”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşova “Səhər-Səhər” verlişində deyib.

O, müğənnilər Sevil və Sevinc Səfərovaların B.Dadaşova haqqında "ATV maqazin onlarla" verilişində dediyi "Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını dəyişib" sözlərinə sərt cavab verib:
“Jurnalist mənə zəng edib, Sevil-Sevinc bacılarının Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşının dəyişdirməsi ilə bağlı fikir səsləndirdiyini və buna münasibətimi öyrəndi. Dedim ki, İlhamə xanım Brillianta sataşırdı, özü də hər həftə. O, İlhamə xanıma cavab vermirdi. Bunlar kimdi ki, Brilliant xanım cavab versin? Onun ayağı bilənini, onların heç başı bilmir. Siz kimsiz onun adını çəkirsiz? Onun adını çəkən olsa, qarşısında məni görsün. Heç Brilliant onları tanımır. Mən bilirəm ki, hansı yollarla onlarla danışacam, özünüzü yığışdırın! Bu nə paxıllıqdır? Siz iki bacılar bizim yaşımıza gəlib çatanda nə halda olacaqsız bilmirəm. Bəlkə plastik əməliyyat etsələr nəsə ola bilər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi