hia.az
hia.az

Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ

454 dəfə baxılıb 5-11-2018, 18:49

Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ

150 qram quzu ətini, 20 qram noxudu, soğanı saxsı qaba doldurulub üstünə su və piyi də əlavə edib qaynaması üçün ocağa qoyduqsa, demək ki, pitimiz hazırdır.

Azərbaycan milli mətbəxinin, eyni zamanda, soyuq ayların ən sevilən yeməklərindən biri pitidir desək, yəqin ki, yanılmarıq.

Pitinin vətəni kimi çoxumuz Şəkini bilsək də, Adil usta Şəki ilə yanaşı, Bakı pitisinin də olduğunu deyir.

Fərqlərinə gəlincə isə, Şəki pitisində olan alça turşusu, şabalıd, zəfəran demək olar ki, Bakı pitisində istifadə olunmur.

Hazir olan pitinın süfrəyə verilmə forması da fərqlidir. Belə ki, saxsı qabda olan pitinin, əvvəlcə, bulyonu kasaya tökülür, içinə çörək doğranılır, içliyi isə başqa qaba əlavə olunub əzilir.

Əsasən kişilər arasında daha çox sevilən pitinin bir porsiyası 10 manata başa gəlir. Piti ağır yemək hesab olunduğundan, yağlılığının qarşısını almaq üçün sumaq və turşudan istifadə olunur .

Baku TV əməkdaşlarının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi