hia.az
hia.az

Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"

429 dəfə baxılıb 5-11-2018, 18:32

Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır""Azərbaycan qlobal təhsilə töhfə verməyə davam edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində keçirilən "Gələcəyə investisiya: davamlı və inkluziv inkişaf" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

O, təhsilin hər bir ölkənin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.

"Azərbaycan həm öz, həm də xarici tələbələr üçün təhsilə fəal şəkildə sərmayə ayırır. Hazırda Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Prezidentinin fərmanı ilə qarşıdakı 5 il üçün İslam Əməkdaşlığı Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrə 200 təqaüd ayrılıb", - nazir bildirib.

C.Bayramov həmçinin təhsilin yüksək səviyyədə olmasından ölkənin bütün fəaliyyət sahələrinin xeyir gördüyünü vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi