hia.az
hia.az

Tam təchizatlı xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında - VİDEO

297 dəfə baxılıb 24-11-2018, 15:14

Tam təchizatlı xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında - VİDEOLahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. Xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. Sakinlər həkim çatışmazlığından əziyyət çəkirlər. Məsələyə səhiyyə nazirliyi də münasibət bildirib.

Xəstəxana binası müasir formada təmir edilib, zəruri avadanlıqlarla təchiz olunub.

Tibb ocağının təcili tibbi yardım maşını belə var. Lakin bu şəraiti olan xəstəxanada cəmi bir həkim işləyir. O da 81 yaşındadır.

Söhbət İsmayıllı rayonu, Lahıc qəsəbəsində fəaliyyət göstərən sahə xəstəxanasından gedir. 1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta hamilə qadınların müraciətlərini də geri çevirməyib.

Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama ginekoloqu da özüdür. Bura başqa həkimlərin gəlməməsinə isə belə münasibət bildirir.

Xəstəxananın həkim sarıdan korluq çəkməsi isə ən çox kənd sakinlərini narahat edir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. İndi kənd sakinləri belə müasir xəstəxanaya gəlib işləyəcək fədakar həkimlərin yolunu gözləyirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi