hia.az
hia.az

Bilmirsən, qızdır, ya oğlan: Azərbaycan kişilərində nəyi bəyənmirsiniz? - VİDEO

393 dəfə baxılıb 23-11-2018, 13:03

Bilmirsən, qızdır, ya oğlan: Azərbaycan kişilərində nəyi bəyənmirsiniz? - VİDEOBu gün Beynəlxalq Kişilər günüdür. Beynəlxalq kişilər günü ilk olaraq 1999-cu ildə Trinidad və Tobaqo adasında (Karib dənizi adaları) yaranıb.

Bu günün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rol-modelini vurğulamaqdır.

Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Beynəlxalq kişilər günü 60-dan çox ölkədə qeyd olunur. Onların arasından Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba və b. ölkələrin adını qeyd etmək olar.

Baku TV isə azərbaycanlı qadınların kişilər haqqında fikirlərini öyrəndi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi