hia.az
hia.az

Ölkəyə qanunsuz yolla çox sayda mobil telefon keçirmək istədilər - VİDEO

425 dəfə baxılıb 22-11-2018, 14:02

Ölkəyə qanunsuz yolla çox sayda mobil telefon keçirmək istədilər - VİDEODövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDI” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən hia.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik “Talka”, bir ədəd 0,7 litrlik “Хоrtitsa”, iki ədəd 0,7 litrlik “Beluga Translatlantic” markalı araqlar, bir ədəd 0,7 litrlik “Chivas Regal” və bir ədəd 0,75 litrlik “Glenfiddich” markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə bir ədəd “iPhone X Space Gray”, iki ədəd “Alcatel 1066d”, bir ədəd “Jinga F200N”, bir ədəd “Micromax X2401” və bir ədəd “Vertex” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi