hia.az
hia.az

Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO

571 dəfə baxılıb 28-01-2019, 12:33

Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO
Bakıda mağazaların birində çörəyin üstünə çıxmış pişiyin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

hia.az-ın məlumatına görə, kadrlar sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, pişik qutularda yığılan çörəyin üstünə çıxıb, onları yeyir.

Videonu paylaşan Nigar adlı istifadəçi bildirib ki, mağaza hələ açıq olmadığına görə çörək paylayan şəxs yeşikləri obyektin qarşısına qoyub gedib.

Qida Təhlükəsizliyi Agentliyindən hia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən videonun nə vaxt və harada çəkildiyi barədə heç bir məlumat yoxdur:

“Lakin video agentlik tərəfindən mediadan götürülərək araşdırılması üçün müvafiq şöbələrə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi