hia.az
hia.az

Bakıda kafe sahibi etiraz olaraq qəlyanları sındırdı - VİDEO

361 dəfə baxılıb 21-11-2018, 13:19

Bakıda kafe sahibi etiraz olaraq qəlyanları sındırdı - VİDEO

Bakıda fəaliyyət göstərən kafelərdən birinin sahibi müştərilərə verdiyi 15 qəlyanı etiraz məqsədilə sındırıb. O, bu addımı ilə insanları qəlyandan istifadə etməməyə çağırıb.

hia.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, kafe sahibi bununla da insanları qəlyandan imtinaya çağırıb.

Maraqlı hadisə paytaxtda fəaliyyət göstərən kafelərdən birində baş verib. Kafenin işçisi Uçar Osman deyir ki, sındırılan qəlyanların ümumi qiyməti 1500-2000 manat arasında olub.

O bildirib ki, qəlyan ondan istifadə etməyən müştərilər üçün narahatlıq yaradır. Əksər restoran və kafelərdə bir müştəri yemək və çaydan istifadə etdiyi halda, qonşu masada əyləşən müştərilər isə qəlyandan istifadə edirlər.

Bu zaman qəlyanın tüstüsü ətrafa yayıldığından digər müştərilər öz narahatlıqlarını bildirirlər.

Uçar Osman deyir ki, əsasən, gənclər ilk vaxtlar qəlyandan istifadə etdikdən sonra siqaret çəkməyə meyilli olurlar. Elə bu kimi halların qarşısını almaq üçün kafe sahibi belə bir addım atıb.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi