hia.az
hia.az

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı - VİDEO

384 dəfə baxılıb 17-01-2019, 13:14

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı - VİDEO
Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus" və "Milan" arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.

Fanat.az xəbər verir ki, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştiano Ronaldo vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.

"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldo isə yeni komandasında ilk tutula sahib olub.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi