hia.az
hia.az

Portuqaliya klassik musiqisi ilə muğamın sintezi

298 dəfə baxılıb 16-12-2018, 13:32

Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
Dekabrın 15-də Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğunun dəstəyi, "UnitedCultures"in təşkilatçılığı ilə "Landmark" otelinin "Rotunda" zalında pianoçu Luis Koşta və violonçelçalan Fernando Koştanın konserti keçirilib. Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə onlarla eyni səhnəni bölüşüb.

AZƏRTAC xəbər verir ki, konsertdə Portuqaliya klassik musiqisi və muğamın sintezi səslənib. İfaçıların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Koşta əkiz qardaşları bir çox nüfuzlu musiqi mükafatlarının sahibləridir. Onlar Portuqaliyanı bir sıra beynəlxalq festival və müsabiqələrdə təmsil edir, bütün Avropa ölkələrində, həmçinin ABŞ, Çin və Cənubi Afrika Respublikasında konsert proqramları ilə çıxış edirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi