hia.az
hia.az

Tünzalə ən böyük arzusunu açıqladı

285 dəfə baxılıb 14-12-2018, 13:20

Tünzalə ən böyük arzusunu açıqladıƏməkdar artist Tünzalə Ağayeva ən böyük arzusunu açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Show news" verilişinə açıqlamasında albom hazırlayıb, turneyə çıxmaq istədiyini deyib:

"Tez-tez konsert vermək olmaz. Müğənni albom çıxaranda şəhər-şəhər gəzib, onu təqdim etməlidir. Albom yaradıb, tura getməlidir. Bizdə regionlarla sənətçinin təması konsert səviyyəsində deyil. Öz ölkəmdə turlar edib, bütün bölgələri gəzmək istəyirəm. Arzum budur ki, xarici ölkələrə turneyə çıxım".

Tünzalə həmkarlarını məclislərdən uzaqlaşıb, albom hazırlamağa çağırıb:

"Toylara, tədbirlərə qatılırıq. Mən də müxtəlif ölkələrdə ansamblımla dəvət alıb, çıxış edirəm. Amma könlüm bunu yox, albom edib gəzmək istəyir. Zirvəyə qalxmaq istəyən müğənninin öz stili olmalıdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi