hia.az
hia.az

"Maşın şou" başladı - Bu da iştirakçılar

334 dəfə baxılıb 14-12-2018, 13:19

"Maşın şou" başladı - Bu da iştirakçılar“M Group Production”ın təşkilatçılığı ilə “Maşın şou”nun 17-ci sürəti start götürüb.

Axşam.az xəbər verir ki, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edirlər.

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Hind kinosu" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, meyxanaçı Oktay Kamil, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi