hia.az
hia.az

Şevval Sam “donuz qripi”nə yoluxub?

305 dəfə baxılıb 9-12-2018, 14:06

Şevval Sam “donuz qripi”nə yoluxub?Xəbər verdiyimiz kimi, müğənni-aktrisa Şevval Sam xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün əvvəl halsızlıq və yüksək qızdırma olduğu üçün xəstəxanaya gətirilən aktrisada İnfluenza virusu aşkarlanıb.

Ş.Samın meneceri onun səhhəti haqda açıqlamasında bu sözləri deyib:
“Xəstəxanaya yerləşdirdik. Halsız idi. İnfluenza A səviyyəsində olduğu deyildi. Ən gec bazar ertəsi evinə gedə biləcək”.

Müğənnidə ciddi problem olmadığı deyilsə də, onun “donuz qripi”nə yoluxduğu barədə də iddialar yayılıb. Bu barədə hələ ki, nə Şevval Samdan, nə də həkimindən açıqlama gəlib.

Qeyd edək ki, sözügedən virus burun, boğaz, bronxlar və ağciyərə təsir edən xəstəlikdir. A, B və C olmaqla üç tipi var. Bu virus xəstə insan öskürdükdən sonra yaxınlıqda olan insanlar nəfəs alan zaman yoluxur. Çirkli əllərdən də keçə bilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi