hia.az
hia.az

Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaq

264 dəfə baxılıb 9-12-2018, 13:56

Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaqDekabrın 11-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı birinci beynəlxalq festival-müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə reallaşacaq tədbirdə beynəlmiləl tərkibli münsiflər heyəti müsabiqədə iştirak edən yeniyetmə və gənclərin ifasında milli, folklor, müasir və dünya xalqlarının rəqs nümunələrini qiymətləndirərək qalibləri müəyyənləşdirəcək.

İlk festival-müsabiqənin xarici qonaqları qardaş Özbəkistan təmsilçiləri olacaq. Bu qədim diyarın ayrı-ayrı vilayətlərindən müsabiqəyə qoşulacaq gənc istedadlar Azərbaycandan olan həmyaşıdları ilə yaradıcılıq mübarizəsi aparmaqla yanaşı, tədbirdə “ustad dərs”lərində iştirak etmək imkan qazanacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi