hia.az
hia.az

Xəstəliklə çaprışan əməkdar artist: "Hələ ki, dözürəm"

298 dəfə baxılıb 3-12-2018, 12:10

Xəstəliklə çaprışan əməkdar artist: "Hələ ki, dözürəm"
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər hələ də aradan qalxmayıb.

Milli.az yenicag.az-a istinadən bildirir ki, aktyor şəkər xəstəliyi nəticəsində bir sıra orqanlarının getdikcə zəiflədiyini bildirib:

"Şəkər xəstəliyinin ağır mərhələsindəyəm. Xəstəlik yavaş-yavaş böyrəyimi, qara ciyərimi sıradan çıxarır. Gözlərimi də zəiflədib. Müalicə olunuram. Sağ olsunlar, həkimlər çox vaxt təmənnasız kömək edirlər, pulu elə dava-dərmanlarıma xərcləyirəm.

Gecdir, həkimlər qarşısını almağa çalışsalar da, xəstəlik öz işini görüb. Səhhətimdə problemlər çoxdur. Saymaqla qurtarmaz. Hələ ki, dözürəm. Heç səhhətimlə bağlı danışmaq da istəmirəm. Çünkü insanları yükləmək istəmirəm".

Rəhman Rəhmanov səhhətində yaranan problemlərə baxmayaraq, səhnə fəaliyyətinə ara verməyib. Səhnədən ayrı yaşaya bilmədiyni deyən aktyor çəkildiyi yeni filmdən də danışıb:

"Səhnəyə çıxanda acılarımı, xəstəliyimi unuduram. Evdə qalsam, lap pis olaram. İkili həyat adlı bir filmə də çəkildim.

Komediya janrında ərsəyə gələn filmdə məni qəbirqazan obrazında görəcəklər. Maraqlı bir filmdir, dekabrda premyerası olacaq. Yaradıcılıqla bağlı arzularım çoxdur. Səhnə adamı elədir ki, onun arzuları bitib-tükənmir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi