hia.az
hia.az

Şou-biznesin ən varlı müğənnisi kimdir?

397 dəfə baxılıb 24-11-2018, 15:08

Şou-biznesin ən varlı müğənnisi kimdir?

ARB TV-nin “Show news” verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında “Şou biznesin ən varlı nümayəndəsi kimdir?” sorğusu keçirib.

hia.az sözügedən sorğunu təqdim edir:

Rəqqasə Fatimə Fələliyeva: “Pul olaraq da, insan olaraq da Rüfət Axundovu alqışlayıram. Zəhmətkeş insandır. Daxildən özüm varlıyam, amma özümü oliqarx siyahısında görmürəm”.
Müğənni Samir Piriyev: “Kimin nəyi var özünə qismət. Ayıb olar ad çəksəm. Bir onu bilirəm ki, ən kasıbı mənəm”.

Müğənni Nadir Qafarzadə: “Maşallah hamısı normaldır. Kim çox ağlıyırsa, bil ki, o varlıdır. Göz qaytarırlar. Mənim nəyim var odur”.

Müğənni Xatun: “Şou biznesdə ümumiyyətlə elə adam yoxdur. Yazıqlar qazandıqlarını elə maşına verirlər ki, harasa gedəndə özlərinə görə hörmət etməsələr də, maşınlarına görə etsinlər. Ən zəngin, bahalı həyat yaşayan sənətkar Zeynəb Xanlarovadır. Mən fikirləşirəm ki, o, çox varlıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi