hia.az
hia.az

İlkin Həsəni və Kənan MM arasında qalmaqal: "Tezliklə yaxşı rejissor da olar"

272 dəfə baxılıb 6-01-2019, 14:37

İlkin Həsəni və Kənan MM arasında qalmaqal: "Tezliklə yaxşı rejissor da olar"
Aparıcı və aktyor İlkin Həsəni və rejissor Kənan MM arasında qalmaqal yaşanıb.

Unikal.org-un məlumatılna görə, buna rejissorun Feysbuk sosial şəbəkəsində yazdığı status səbəb olub. Kənan statusunda yazdığı şərhdə İlkin Həsəninin müəllifi olduğu layihələrə "sataşıb": "Sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır."

Bu şərhdən sonra sosial şəbəkədə tərəflər arasında söz atışması başlayıb. İlkin Həsəni onun bu şərhini cavabsız qoymayaraq Kənan MM-nin rejissor kimi fəaliyyətini tənqid edib: "Bayaq gördüm ki, Khatai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kenan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb .Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar!"

Tərəflər arasında söz atışmasına dostları da qoşulub.

İlkin Həsəni və Kənan MM arasında qalmaqal: "Tezliklə yaxşı rejissor da olar"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi