hia.az
hia.az

Balıq yemək uşaqlarda intellektin artmasına səbəb olur

306 dəfə baxılıb 2-01-2019, 12:23

Balıq yemək uşaqlarda intellektin artmasına səbəb olurAlim və diyetoloqlar uşaqların qida rasionuna balığın daxil edilməsini məsləhət görürlər.

AZƏRTAC Rusiyanın KİV-lərinə istinadla xəbər verir ki, tədqiqatlar nəticəsində ən azı həftədə bir dəfə balıq yeyən uşaqların daha yüksək intellekt əmsalına malik olduğu müəyyən edilib. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 48 bal yüksəkdir. Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanırlar. Həmin uşaqları yatızdırmaq da asan olur. Həftədə ən azı bir dəfə balıq yemək intellekt əmsalına 1,6 bal gətirirsə, ayda iki dəfə balıq yemək həmin göstəriciyə 3,31 bal əlavə edir.

Mütəxəssislər balığı uşaqların qida rasionuna daha erkən yaşda daxil etməyi məsləhət görürlər. Balıq sümüksüzdürsə, onu on aylıq uşağa da vermək olar. 2 yaşında uşağın qida rasionunda isə balıq mütləq olmalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi