hia.az
hia.az

Şamaxı ağ örpəyə büründü

325 dəfə baxılıb 30-12-2018, 16:00

Şamaxı ağ örpəyə büründüŞamaxı rayonunun mərkəzinə 10, dağlıq ərazilərə isə 20-25 sm qar yağıb.

hia.az-ın məlumatına görə, dünən axşamdan başlayan qar gün boyu davam edib.

Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Həmişəki kimi, qara sevinənlər isə uşaqlar olub. Kənd sakinləri bildiriblər ki, günlərdir gözlənilən qar əkin sahələrinə müsbət təsir edəcək.

Səhər saat 05:00-dan etibarən Şamaxı-Pirqulu avtomobil yolunda qardan təmizlənmə işlərinə start verilib. Texnikalar vasitəsilə yoldan qar təmizlənib. Yola qum-duz qarışığı tökülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi