hia.az
hia.az

Vəkillər Kollegiyası ASAN könüllüləri üçün hüquqi təlimlər təşkil edir

355 dəfə baxılıb 28-12-2018, 12:44

Vəkillər Kollegiyası ASAN könüllüləri üçün hüquqi təlimlər təşkil edirAzərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış memorandum çərçivəsində növbəti layihəyə start verilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli ASAN könüllülərinə ilkin hüquqi təlimlər silsiləsindən “Vəkillik - hüquqların peşəkar müdafiəsinin real təcrübədə tətbiqi” mövzusunda təlim keçib.

ASAN Könüllülük Məktəbinin təhsil və fərdi inkişaf proqramı çərçivəsində bu cür hüquqi mövzularda növbəti silsilə təlimlər davam etdiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi