hia.az
hia.az

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi bilindi

297 dəfə baxılıb 27-12-2018, 13:30

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi bilindiAzərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi məlum olub.

hia.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilən zaman qeyd edilib.

Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti beş ildir.

Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi