hia.az
hia.az

Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı

324 dəfə baxılıb 27-12-2018, 13:24

Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, 2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin '"2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart - Qadınlar günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 5,6 iyun - Ramazan bayramı, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust - Qurban bayramı, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi