hia.az
hia.az

Agentlikdən Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ

317 dəfə baxılıb 25-12-2018, 14:45

Agentlikdən Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQQida Təhlükəsizliyi Agentliyi Yeni il hədiyyələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

AQTA-dan hia.az-a bildirilib ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr agentliyinin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, AQTA əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər aparılır. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır”.
Agentlikdən qeyd edilib ki, Yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı olaraq həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

“İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq, onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur”.

“Hazırda bu istiqamətdə Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb. Əgər vətəndaşlarda Yeni il hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi