hia.az
hia.az

Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının təqdimatı olub

322 dəfə baxılıb 24-12-2018, 13:42

Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının təqdimatı olubDekabrın 24-də Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzində (İSİM) Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının (www.ebmg.az) təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn formada yayılması ilə bağlı müqavilə imzalandığını bildirib. Müqaviləyə əsasən, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokolun azərbaycanlı həkimlərin istifadəsinə verilməsi və onların tədricən ana dilimizə tərcüməsi həyata keçiriləcək. Dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər. Artıq onların sırasına azərbaycanlı həkimlər də qoşulurlar.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov portalın açılışının həkimlər üçün faydalarından danışıb.

Sonra www.ebmg.az portalı barədə məlumat verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi