Əmək və sosial müdafiə sahəsində işlərdə ictimai iştirakçılığın təmin olunması vəziyyəti müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə nazirlik yanında İctimai Şuranın vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla iş üzrə işçi qrupunun iclası keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində ictimai iştirakçılığın təmin olunması üçün görülən işlərdən danışılıb. Nazirliyin fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha səmərəli və geniş müstəvidə qurulması üçün müvafiq tədbirlər həyata keçirildiyi qeyd edilib. İdarəçilik və xidmət sahələrinin innovativ həllərin tətbiqi və şəffaf mexanizmlər əsasında təkmilləşdirilməsində, bu sahələrə güclü ictimai nəzarətin təmin edilməsində İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının potensiallarından istifadəyə gələcəkdə də xüsusi önəm veriləcəyi bildirilib.
İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu şuranın fəaliyyəti barədə məlumat verib. O, İctimai Şuranın üzvlərinə nazirliyin fəaliyyət sahələri üzrə ictimai nəzarətin həyata keçirilməsində şəraitin yaradıldığını, şura tərəfindən əmək, məşğulluq, sosial təminat, reabilitasiya və s. sahələrdə xidmətlərdə şəffaflığın təmin olunmasında yaxından dəstək göstərildiyini deyib. İclasda şuranın üzvləri Rauf Zeyni və Əliməmməd Nuriyevin təklifləri də müzakirə olunub.
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |