hia.az
hia.az

"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq"

262 dəfə baxılıb 10-12-2018, 13:24

"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq""Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. "Qarabağ”a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək”.

“Report” xəbər verir ki, bunu "Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Qarabağ”a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyil.

40 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Komandanı tərk edəcək futbolçular müəyyənləşibmi?

- Buna iki kubok matçından sonra aydınlıq gələcək.

Səhv etmiriksə, bu sizin baş məşqçi karyeranızda ən böyükhesablı məğlubiyyətinizdir.

- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki, öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarır. Bilmirəm ki, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.

Görüş başa çatandan da sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız.

- Əsəbiləşmişdim. Rəqib baş məşqçi gərək üzürlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi