hia.az
hia.az

Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

300 dəfə baxılıb 7-12-2018, 15:35

Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edibAzərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dekabrın 7-də Biləsuvarda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər evində keçirilən qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından 30-a yaxın vətəndaşın gənclər, idman və digər sahələrlə bağlı müraciətləri dinlənilib.

Gənclər sahəsi üzrə müraciətlər qeyri-hökumət gənclər təşkilatlarının yaradılmasına dəstək göstərilməsi, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi, fəaliyyəti və s. məsələləri əhatə edib.

İdman sahəsi üzrə müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin lazımi avadanlıqla təminatı, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və s. məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi