hia.az
hia.az

Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

365 dəfə baxılıb 30-11-2018, 13:27

Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
Dekabrın 1 və 2-də ölkə ərazisində növbəti geomaqnit qasırğası gözlənilir.

Bu barədə hia.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda qeyd edilib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlandıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq.

“Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq”, - deyə məlumatda bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi