hia.az
hia.az

Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıb

209 dəfə baxılıb 28-11-2018, 13:19

Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıbAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-mayor A.Xəlilovun dəvəti ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Nəzarəti Departamentinin rəisi, general-polkovnik İqor Şmotkinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Azərbaycana səfərə gəlib.

Noyabrın 28-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Rusiya nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkilinin, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılığa və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsinin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında imzalanmış Sazişə uyğun olaraq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi irimiqyaslı infrastruktur layihəsinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisinin aparıldığı ərazidə sərhəd qurumları tərəfindən etibarlı sərhəd nəzarətinin təmin olunması məsələləri üzrə qarşılıqlı əlaqələndirmənin yüksək səviyyədə olması qeyd edilib. Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin təkmilləşdirilməsinin, vətəndaşların dövlət sərhədindən keçmə prosedurlarının daha da sadələşdirilməsi ilə yanaşı, sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərhəd nəzarətinin təşkili və xüsusiyyətləri ilə tanış olub, sərhəd nəzarəti bölmələrinin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə tətbiq olunan qabaqcıl sistemləri və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Rusiya nümayəndələri müsbət təcrübə mübadiləsi aparıb, əlaqələrin perspektivlərini müzakirə edib və sərhəd nəzarəti bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılığa gəliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi