hia.az
hia.az

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

266 dəfə baxılıb 27-11-2018, 15:23

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar dekabrın 3-dən 5-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq nümunələrindən ibarət sərgi və baxış müsabiqələrin təşkilinə 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, eyni zamanda, yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsinin təşkilində məqsəd həmin şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsidir. Tədbir nazirliyin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunacaq. Tədbir çərçivəsində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılacaq ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.

Tədbirin ilk günü bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar müvafiq nominasiyalar üzrə mükafatlandırılacaq.

Bakı sakinləri və paytaxtımızın qonaqlarının üç gün ərzində satış yarmarkasını ziyarət etmək və əl işlərindən almaq imkanı olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi