hia.az
hia.az

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olunub

254 dəfə baxılıb 23-11-2018, 13:07

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olunub

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə noyabrın 22-də Yasamal Rayon Məhkəməsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıb. Əziz Əzizov çıxışında ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə əsl müstəqilliyin bərqərar olduğunu, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafın təmin edildiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinin təşkil etdiyini vurğulayıb.

Yasamal Rayon Məhkəməsinin sədri Araz Hüseynov Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahədə sürətli tərəqqiyə nail olunduğunu bildirib.

Çıxışlardan sonra Azərbaycan ədliyyəsinin inkişafına dair videoçarx nümayiş olunub.

Sonda səmərəli fəaliyyəti ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi