hia.az
hia.az

Aprel döyüşləri 44 günə qazanılan həlledici Zəfərin bünövrəsi idi

311 dəfə baxılıb 3-04-2021, 19:48

Aprel döyüşləri 44 günə qazanılan həlledici Zəfərin bünövrəsi idi


Dördgünlük Aprel müharibəsindən 5 il ötür. Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında razılşma imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs razılaşması imzalandı. Buna baxmayaraq, Ermənistan silahlı birləşmələri atəşkəsin imzalanmasından bir neçə saat sonra onu dəfələrlə pozub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat bildirib ki, döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektar ərazini işğaldan azad etdi. Ermənistan tərəfinin bunu təhrif etməyə çalışması isə onun növbəti mifoloji üslubunun təzahürü idi. Çünki onlar öz məğlubiyyətlərini xalqlarına qələbə kimi qələmə vermək vərdişlərini sonuncu müharibədə də davam etdirirdilər.

Bu 4 gün bizə – Azərbaycan xalqına və bütün dünyaya, mənfur qonşularımıza və onların havadarlarına aydın bir mesaj oldu. Azərbaycan xalqı daha səbirli olmaq istəmir, sülhün bərqərar olacağına, tarixi ədalətsizliyin aradan qaldırılacağına inanmır, özü bu problemin aradan qaldırılması yollarını bilir və buna qüvvəsi yetərlidir.

“Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək iqtidarında olduğunu sübuta yetirdi. Dördgünlük müharibədən sonra xalqımızın öz igid oğullarına, Ordumuza etimadı daha da artdı, igid döyüşçülərimizin isə döyüş əzmi möhkəmləndi, qolunun gücünə, iradəsinə inamı gücləndi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını da möhkəmləndirdi. Bizə bir daha aydın oldu ki, Vətəni qorumaq, düşmən tapdağı altında olan torpaqlarımızı qaytarmaq üçün qan tökməli, düşməni diz çökdürməli, gözünün odunu almalıyıq. Aprel döyüşləri həm də onu göstərdi ki, 30 ilə yaxın dövrdə torpaqlarımızın bir hissəsini itirsək də, vicdanımızı, namusumuzu itirmədik, hər şəhidimizin əvəzinə yurdumuzu qanları bahasına azad etməyə hazır olan igid oğullar böyütdük”, - deyə Ü.Ağayeva əlavə edib.

Bildirilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını bütün dünyaya göstərdi. Həm də onu sübut etdi ki, Azərbaycan xalqı məzlum deyil, sülhsevər xalqdır. Ancaq onun səbir kasası dolanda daşır, bunu da hamı bilir. Sülh yolu ilə həll edilməyən problem silah gücünə çözülməli idi. Bu, hamıya aydın idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşündə demişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Deputat, həmçinin qeyd edib: “Bu gün – 44 günlük Vətən müharibəsini Zəfərlə başa vurduqdan sonra bir daha geri dönüb 5 il əvvəlki dördgünlük müharibənin mahiyyətini bir daha tam aydınlığı ilə dərk edirik. Rəqəmlər arasında da bir məntiq var: dördgünlük müharibənin qələbəsi 44 günə qazandığımız həlledici Zəfərin bünövrəsi oldu. Aprel döyüşlərində canından, qanından keçən igidlər bizi bu Qələbəyə yaxınlaşdırdılar. Bizi bəlkə də heç zaman birlikdə yaşamadığımız xoşbəxtliyə qovuşdurdular.

Ancaq hamımız bilirik ki, Torpaq uğrunda qanlar tökülür. Bilirik ki, Vətən torpaqları şəhidlərin qanı bahasına azad edilir. Hər döyüş qələbəsində sevinclə yanaşı, ata, oğul, ər, qardaş itkisinin acısı yaşanır. Ancaq hər şəhid torpağa tapşırılanda “Vətən sağ olsun!” sədaları eşidilir. Aprel şəhidləri xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdilər. Onların hamısını bir ad birləşdirir – Vətənin igid oğulları. Onların adları xalqımızın qəlbində daim yaşayır. Onların uyuduqları torpaq isə bizim müqəddəs and yerimizdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi