hia.az
hia.az

Tozağacı göbələyindən xərçəng xəstəliklərinin müalicəsində istifadə olunur

344 dəfə baxılıb 28-01-2019, 12:56

Tozağacı göbələyindən xərçəng xəstəliklərinin müalicəsində istifadə olunur
Ağacın gövdəsinə yapışmış kepkanı, çətiri, daha çox göbələyi xatırladan çıxıntının ağac göbələyi adlandırılması daha çox onun zahiri bənzəyişi ilə əlaqədardır. Çaqa adlanan tozağacı göbələyi öz başlanğıcını kiçik bir spordan götürür və ağacın sağlam hüceyrələrı ilə qidalanaraq şişkinləşir. Meşədə əksər ağacların gövdəsində ona rast gəlmək olar, lakin onların içərisində təbabət üçün daha əhəmiyyətlisi tozağacı göbələyi hesab olunur.

AZƏRTAC xəbər verir ki, tibbi ədəbiyyatda çaqa adlandırılan tozağacı göbələyindən yüz ilə yaxındır ki, xərçəng xəstəliyinin bir sıra formalarında dərman vasitəsi kimi istifadə olunur. Xərçəng şişləri orqanizmdəki hüceyrələrlə qidalanıb qol-qanad atdığı kimi, çaqa da ağacdakı sağlam hüceyrələr hesabına böyüyür. Bədxassəli şişlərin müalicəsində çaqadan istifadə olunması bəlkə də onların təbiətindəki uyğunluqdan irəli gəlir.

Çaqa ilə müalicə aparılanda konserv, kolbasa məmulatları, güclü təsirə malik ədviyyatlardan istifadə etmək qadağan edilir, xəstəyə süd-bitki mənşəli qidalarla pəhriz təyin olunur. Kiçik çanaq nahiyəsinin xərçəngi zamanı çaqanın dəmləməsi ilə imalə etmək məsləhət görülür. Çaqa preparatları bədxassəli şişlərin böyüməsini ləngidir, əhval-ruhiyyəni yaxşılaşdırır, tərləməni və ümumi zəifliyi azaldır, iştahanı artırır, həzmi yaxşılaşdırır.

Müalicənin səmərəsi çox güman ki, piqmentlərin bioloji təsiri ilə əlaqədardır, çaqanın tərkibində olan manqan fermentlərinin fəallığının artması mühüm rol oynayır. Onun qeyri-onkoloji xəstəliklər əleyhinə tətbiq edilməsi də müsbət nəticə verir. Şirə ifrazının zəifləməsi ilə müşayiət olunan mədə xəstəliklərinin müalicəsində çaqanın tətbiqi xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, ürəkbulanma və ağrını aradan qaldırır və bağırsağın fəaliyyətini normallaşdırır.

Çaqa preparatları ilə uzun müddət fasiləsiz müalicə aparılanda bəzi xəstələrdə vegetativ sinir sisteminin oyanıqlığı müşahidə edilir. Preparatın miqdarını azaldanda və qəbulu dayandırılanda həmin təsir aradan qalxır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi