hia.az
hia.az

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır

429 dəfə baxılıb 28-01-2019, 12:54

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkəmizdə səfərdə olan missiyasının layihə üzrə meneceri Lili Begiaşvilli, ekspertlər Yan Travers, Florentin Blan, Qedryus Kadziauskas və layihə üzrə məsləhətçi Sabit Abdullayevlə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli aparılan islahatların mühüm bir istiqamətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqinə yönəldiyini bildirib. Nazir müavini qeyd edib ki, bu sahədə diqqət mərkəzində dayanan məsələlərdən biri də risk əsaslı yoxlamalar üzrə institusional potensialın, müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılmasıdır.

Beynəlxalq missiya ilə aparılan əməkdaşlığın davamı kimi, BMK-nın ekspert qrupu ilə nazirliyin aidiyyəti qurumları, o cümlədən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, riskə əsaslanan yoxlamalar sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, müvafiq normativ-hüquqi bazanın hazırlanması üçün müzakirələrin aparılması və təkliflərin bildirilməsi baxımından həmin görüşlər faydalı olub.

BMK-nın nümayəndələri ölkəmizin əmək müfəttişliyi sistemində aparılan islahatlardan bəhs edib və həmin islahatlar prosesində birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Görüşdə risklərin qiymətləndirilməsi prinsipi üzrə yoxlamaların hüquqi çərçivəsinin yaradılması və qabaqcıl beynəlxalq təcrübə əsasında praktik mexanizmlərinin qurulması üçün müvafiq iş planı üzrə aparılan işlər və birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələr müzakirə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi