hia.az
hia.az

ATU-da “Torakoskopik Timektomiya. Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib

448 dəfə baxılıb 25-01-2019, 12:50

ATU-da “Torakoskopik Timektomiya. Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Torakoskopik Timektomiya. Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada mütəmadi olaraq elmi konfrans və simpoziumların keçirildiyini diqqətə çatdırıb: “Belə tədbirlərin keçirilməsi bir neçə səbəbə görə əhəmiyyətlidir. İlk növbədə inkişaf edən dünyamızda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də bir çox yeniliklər baş verir. Bunlarla tanış olmaq, biliklərimizi paylaşmaq, təcrübə mübadilələri aparmaq çox böyük əhəmiyyət kəsb edir. Bugünkü seminarın da mövzusu çox önəmli məsələyə - timus vəzi xəstəliklərinə həsr olunub. Cərrahiyyənin bir çox sahələrində olduğu kimi, bu sahədə də mini invaziv cərrahiyyə üsullarından geniş istifadə olunmağa başlanılıb”.

S.Hadıyev qeyd edib ki, bu əməliyyatın ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev tərəfindən icra olunması çox sevindirici haldır.

Daha sonra klinikanın torokal cərrahı, tibb elmləri namizədi Arif Ağayevin “Torakoskopik Timektomiya”, nevroloq Yaqut Lətifovanın “Miasteniya xəstəliyi, diaqnostikası və müalicəsi” mövzularında mühazirələri dinlənilib və müzakirələr aparılıb.

Qeyd edək ki, “Miasteniya Gravis” xəstəliyindən əziyyət çəkən 14 xəstə son 3 ildə ATU-da tam müalicə olunub. Azərbaycanda ilk dəfə olaraq məhz ATU-nun Tədris Cərrahiyyə Klinikasında torokal cərrah Arif Ağayev tərəfindən bu xəstələr əməliyyat yolu ilə sağlamlıqlarına qovuşublar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi