hia.az
hia.az

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib

366 dəfə baxılıb 23-01-2019, 15:14

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul yanvarın 23-də səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən İmişli Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev İmişli, Beyləqan, Saatlı və Sabirabaddan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi