Bakı şəhərinin Nərimanov rayonunda inşaat materiallarının topdan və pərakəndə satış mərkəzinin ərazisində ümumi sahəsi 400 kvadratmetr olan talvarın altına yığılmış taxta materiallar 300 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a nazirlikdən bildiriblər ki, taxta materialların qalan hissəsi və yaxınlıqdakı ticarət obyektləri yanğından mühafizə olunub.