hia.az
hia.az

Sabaha olan hava proqnozu

309 dəfə baxılıb 20-01-2019, 13:53

Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

hia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi