hia.az
hia.az

Sosial Sığınacaqda 41 nəfər var - AÇIQLAMA

230 dəfə baxılıb 17-01-2019, 13:22

Sosial Sığınacaqda 41 nəfər var - AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında indi 41 nəfər var.

hia.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, sığınacaqdakı şəxslərin 40-ı əvvəlcədən orada yerləşdiriliblər.

“Bu gecə, yanvar ayının 17-si, saat 01:30 radələrində özünü Abdullayev Rasim kimi təqdim edən 1957-ci il təvəllüdlü şəxsi Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları sığınacağa gətirib. Bilirsiniz ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun şərait mövcuddur. Burada tibbi müayinə və yataq otaqları, qəbul-qeydiyyat şöbəsi, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

Sosial Sığınacağa qəbul edilmiş şəxslər burada sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunur, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində sistemli işlər aparılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Sosial Sığınacağın Nizamnaməsinə əsasən, daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbul edilməsi ilə bağlı DSMF-yə müraciət olunur:

“Müraciətə əsasən, şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o, öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna kömək göstərilməsi işləri də aparılır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi