hia.az
hia.az

Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər

266 dəfə baxılıb 12-01-2019, 13:29

Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər
Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə direktorla müavin arasında qalmaqal yaşanıb.

hia.az-ın məlumatına görə, 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna sözügedən məktəbin direktoru Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib.

İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb.

hia.az məsələ ilə bağlı məktəb direktoru H.Abdullayeva ilə əlaqə saxlamağa çalışıb.

Özümüzü təqdim etdikdən sonra qarşı tərəf çox kobud şəkildə “bu barədə danışmaq istəmirəm, bu söhbəti kim yayıbsa, gedin, onunla əlaqə saxlayın” deyərək telefonu üzümüzə bağlayıb.

Sumqayıt Şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Oqtay Nuriyev məsələ iə bağlı hia.az-a açıqlama verib. Onun sözlərinə görə, Nazirliyinin göstərişi əsasında məsələnin aydınlaşdırılması istiqamətində komissiya yaradılıb:

“Hazırda Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb. Yoxlama başladılıb. Yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

9 saylı orta məktəbdən bildirdilər ki, məktəb direktoru və direktor müavini otaqlarında yoxdur.

Qeyd edək ki, bu barədə ilk məlumat Ölkə.Az saytında yayımlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi