hia.az
hia.az

Omar Altabtabaei: Bəzi güclər təbii sərvətlərimizə göz dikib

322 dəfə baxılıb 15-12-2018, 14:33

Omar Altabtabaei: Bəzi güclər təbii sərvətlərimizə göz dikibBizim burada əyləşlərin bir çoxu siyasətçi, digərləri isə yaxın gələcəyin liderləridir. Bizlərdən -siyasətçilər və gələcəyin liderlərindən çox şeylər asılıdır. Bizlər cəsarətli qərarlar qəbul etməyi, cəsarətli addımlar atmağı bacarmalıyıq.

hia.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı Küveytdən olan deputat Omar Altabtabaei deyib.

O qeyd edib ki, bu gün sülhə ehtiyac var:

“Bu, heç də hərb yolu ilə əldə edilmiş sülh demək deyil. Bu, həm də insan, qadın, uşaq alverinin qarşısının alınması deməkdir.

Bu gün dünyanın bəzi məlum gücləri bizlərin təbii ehtiyatlarına, sərvətlərinə göz dikib, onları qamarlamaq istəyirlər.

Ona görə sülh həm də həmin təbii sərvətlərin, ehtiyatlarımızın qorunması deməkdir. Biz siyasətçilər və liderlərik.

Ona görə cəsarətli davranmağı bacarmalıyıq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi