hia.az
hia.az

YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur

342 dəfə baxılıb 9-12-2018, 13:49

YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdurSon günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.

Belə ki, bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə, 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.

Hətta, bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər.

Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.

Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov hia.az-a açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib.

“Azərbaycanda vaxtından əvvəl - növbədənkənar parlament seçkiləri gözlənilmir.

Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək.

Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm.

Gündəmdə belə bir məsələ yoxdur”, - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi