hia.az
hia.az

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək

346 dəfə baxılıb 8-12-2018, 14:26

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcəkAzərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

Bu haqda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

Səfir Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların dekabrın 4-dən 6-dək Bakıda keçirilmiş mərhələsini şərh edərək bildirib ki, “danışıqlar səmərəli olub”.

Bu gün həm də sektorial məsələlərə dair videokonfrans keçirilib.

Diplomat qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi