hia.az
hia.az

Büdcə xərcləri artırılacaq - ÖZƏL

274 dəfə baxılıb 26-11-2018, 12:38

Büdcə xərcləri artırılacaq - ÖZƏLNoyabrın 27-də Milli Məclisin (MM) növbəti plenar iclasında 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirələri keçiriləcək.

hia.az-ın xəbərinə görə, ikinci oxunuşun müzakirələrdən sonra büdcə zərfinə daxil olan qanun layihələri parlamentin noyabrın 30-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq, və sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul ediləcək.

Büdcə zərfinin ikinci oxunuşunun müzakirələrində bir sıra nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən, maliyyə naziri Samir Şərifov iştirak edəcək.

2019-cu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır və onun 3-cü oxunuşa kimi təxminən 60-100 milyon manat arasında artırılması gözlənilir.

İclaslarda büdcə zərfinə daxil olan qanun layihələri ilə yanaşı, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” (III oxunuş), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” , “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, Mənzil, Vergi məcəllələrinə və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi