İlham Əliyev Şinzo Abeyə məktub ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.
hia.az-ın xəbərinə görə, dövlət başçısı təbrik məktubunda Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə baş naziri və bütün Yaponiya xalqını təbrik edib:
“Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram”.