hia.az
hia.az

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

348 dəfə baxılıb 27-01-2019, 14:24

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi ilə bağlı ideya və prinsiplərinin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyini söyləyib.

YAP sədrinin müavini bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Gənclər ictimai-siyasi həyatda fəal iştirak etməlidirlər. Onlar sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməli, mənfi təsirlərdən uzaq olmalıdırlar. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməlidir.

YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiklərini vurğulayan Ə.Əhmədov hər kəsin partiyanın sıralarında olan gənclərin fəallığının ötən il keçirilən prezident seçkiləri zamanı şahidi olduğunu qeyd edib. O, gənclərin qarşısında mühüm vəzifələrin dayandığını deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi