hia.az
hia.az

Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb

345 dəfə baxılıb 9-01-2019, 13:50

Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıbUzun illərdir Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yaşadığı ölkənin mətbuatında Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda davamlı olaraq çıxışlar edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə həmyerlimiz yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramının qonağı olub.

Bir saatlıq proqramda Azərbaycan musiqiləri səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mübarizəsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən ətraflı söhbət açıb. Həmçinin Azərbaycanın multikultural dəyərlərindən, mətbəxindən ölkəmizdəki Alban kilsələrindən, İçərişəhər və digər tarixi abidələrdən danışılıb. Azərbaycanın füsunkar təbiətindən bəhs edən Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi