hia.az
hia.az

Əli Məsimli: Büdcədə əməkhaqqının payı çox aşağıdır

286 dəfə baxılıb 5-11-2018, 14:58

Əli Məsimli: Büdcədə əməkhaqqının payı çox aşağıdır

Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına Ümumi Daxili Məhsulu (ÜDM) 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır, ancaq ÜDM-in 2 faiz artırılması proqnozlaşdırılır? Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır.

Obyektiv.info-nun xəbərinə görə, bunu deputat Əli Məsimli Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatın sosial blokla yetərincə əlaqəsi yoxdur:

“Büdcədə artımlar var. Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əməkhaqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əməkhaqqının payı çox aşağıdır.

Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əməkhaqqının artımı inflyasiyanı kompensasiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözəgörünən, nəzərəçarpan addımlar atılsın”.

Kamil HƏMZƏOĞLU


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi