hia.az
hia.az

Bakıda dodaq və damaq yarığı beynəlxalq konfransı olacaq

275 dəfə baxılıb 5-11-2018, 18:36

Bakıda dodaq və damaq yarığı beynəlxalq konfransı olacaqOktyabrın 27-də Bakıda beynəlxalq dodaq və damaq yarığı konfransı keçiriləcək.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, 2 günlük tədbir nazirliyin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə Dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları 1.000 doğumdan bir, damaq yarıqları isə 2.500 doğumdan bir olaraq qeydə alınır. Bu anomaliyalar dünyanın hər yerində çox tez-tez rast gəlinən, həm uşaq, həm də ailə üçün ağır travma olmaqla uşaqda psixi və fiziki inkişaf problemlərinə gətirib çıxaran bir vəziyyətdir.

Bu patologoyaları aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sırasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılıb və bu istiqamətdə ciddi elmi araşdırmalar aparılır.

Azərbaycanda bu patologiyaların müalicəsinin tarixi ənənələri var. Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında aparılan elmi tədqiqatların nəticələri, tətbiq olunan cərrahi əməliyyatlar dodaq və damaq yarıqlarının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Konfransın proqramı dodaq və damaq yarıqlarının və üz nahiyəsində yaranan müxtəlif toxuma defektlərinin rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilən elmi araşdırmaların nəticələrini əhatə edir. Eyni zamanda konfrans ölkəmizdə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi